2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2 milyard 093,7 milyon manat vəsaitin 1 milyard 503,3 milyon manatı neft sektoruna, 590,4 milyon manatı isə qeyri-neft sektoruna yatırılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə olunmuş vəsaitin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi isə ümumi sahəsi 209,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8,0 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz təşkil edib.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.