Dekabrın 6-da çökmə baş verən Şamaxı-Qızmeydan avtomobil yolunun tam bərpası ilə bağlı komissiya yaradılıb.
Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yaradılan komissiya əraziyə baxış keçirib:
"Sürüşmənin nədən baş verdiyi, hansı qabaqlayıcı tədbirlərin görülməsi aydınlaşdırılıb. Bununla bağlı komissiya tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Hazırda məsələ diqqətdə saxlanılır. Orda sürüşmənin qarşısını almaq üçün mühəndis qurğular inşa edilməlidir. Çalışacağıq ki, tez bir zamanda ərazidə bu istiqamətdə işlərə başlayaq".
A.Nəcəfli bildirib ki, hazırda ərazidə avtomobillərin normal hərəkəti üçün heç bir çətinlik müşahidə olunmur.
Xatırladaq ki, dekabrın 6-da baş verən sürüşmə nəticəsində adıçəkilən yolun 10 metrdən artıq hissəsi çökmüşdü. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.