Xocalı soyqırımı ilə bağlı tədbirlər planı təsdiqləndi

Xocalı soyqırımı ilə bağlı tədbirlər planı təsdiqləndi
11 2019 10:44

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.


21 Sent 2019
Cəmiyyət

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

21 Sent 2019
Cəmiyyət

Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi

20 Sent 2019
Cəmiyyət

"Su-27" döyüş təyyarəsindən qeyri-adi manevr - VİDEO

Rusiya ordusunun "Su-27" döyüş təyyarəsi ilhaq altında olan Krımda sınaq uçuşları həyata keçirib. 

20 Sent 2019
Cəmiyyət

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli "Vikipediya"nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

20 Sent 2019
Cəmiyyət

Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə — TÖHMƏT verilə bilər

“Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!”