Xırdalanda ölən tələbələrlə bağlı yeni – TƏFƏRRÜATLAR

Xırdalanda ölən tələbələrlə bağlı yeni – TƏFƏRRÜATLAR
16 2017 17:34

“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.

REALPRESS.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva bildirib. 

Onun sözlərinə görə, Turanə Xanlayeva kollecdəki təhsilini yarımçıq qoyub, məktəbdən çıxmaq istəyirmiş:

“Anası xəstə idi. Evdə qalıb ona baxırdı. Martın 13-də Turanə bacısı, xalası və xalasının qızı ilə müayinədən keçmək üçün Bakıya gəliblər. Turanə özü də xəstə idi. Onlar otaqda əvvəl 3 nəfər qalıblar. Sonra qızlardan biri onlardan ayrılıb”.

Rüxsarə Əliyeva faciənin hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu qeyd edib: 

“Hərə bir söz deyir. Kimi deyir dəm qazından boğulub, kimi də qida zəhərlənməsini səbəb gətirir. Amma hüquq-mühafizə orqanları bunu, yəqin ki, araşdıracaq”.

Rüxsarə Əliyeva Turanənin atasız olduğunu vurğulayıb: 

“Mələyin isə atası başqa ölkədə işlədiyi üçün Azərbaycandan kənardadır. İndi ona məlumat vermişik. Bakıya gəlir, amma qızının ölümündən xəbərsizdir. Bu ağır faciəni ona deyə bilmədik. Mələk çox istedadlı qız idi. Əlaçı idi, bütün ictimai işlərdə, məktəb daxilində və xaricində aktiv bir tələbə idi”.

Xatırladaq ki, dünən Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında dəhşətli faciə baş verib. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin həmin ünvanda kirayədə qalan iki tələbəsi və tələbələrdən birinin bacısı, xalası, xalası qızı zəhərlənərək ölüb.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.