Xəzərdəki balıq növlərinin 54-ü lokaldır - AÇIQLAMA

Xəzərdəki balıq növlərinin 54-ü lokaldır - AÇIQLAMA
11 2019 12:09


“Şəfəq-Asiman” kontrakt sahəsinin dərin sularında xulul və kefal balıq növləri çoxluq təşkil edir. 

Realpress.az xəbər verir ki, bu sözləri AECOM şirkətinin məsləhətçisi Aron Şian Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hesabat beynəlxalq standartlara uyğun tərtib edilib:

“Balıq və balıq təsərrüfatı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının hesabatlarından toplanan materiallar barədə hazırlanan hesabatda zəruri məlumatlar qeyd edilib.

Xəzərdə və əlaqədar çay deltalarında təqribən 151 balıq növü və yarım növlərinə rast gəlinir. Onlardan 54-ü sahə üçün lokal hesab edilir.

Balıq növlərinin əksəriyyəti (rezident, köçəri, yarımköçəri) suyun dərinliyinin 500 metr və ya daha az olduğu hissələrində toplanır. 

Noyabr-fevral ayları arasında xuluların və sivriburun kefal növ balıqların ayrı-ayrı fərdlər formasında dörd növü mövcud ola bilər. 

Buradan da aydın olur ki, kontrakt sahəsinin yaxınlığında kommersiya məqsədilə balıq ovu keçirilmir”.


11 Dek 2019
İqtisadiyyat

Neft Emalı Zavoduna yeni direktor təyin olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

10 Dek 2019
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

10 Dek 2019
İqtisadiyyat

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

9 Dek 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.