Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?

Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?
16 Dek 2016 12:01

SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” həyata keçirilib.

REALPRESS.Az xəbər verir ki, SalamNews-a açıqlamasında şirkətin mətbuat katibi Elnur Hüseynquluyev deyib ki, baş vermiş hadisə ilə bağlı “Azneft” İB tərəfindən sığorta şirkətinə rəsmi müraciət daxil olmayıb, yalnız şifahi məlumat verilib: 

“Yəqin ki, yaxın saatlarda rəsmi müraciət ediləcək. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımi sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək. Proses nəzarətimizdədir. İtkin düşən neftçilərimizin ailələrinə səbir diləyirik”, - deyə E.Hüseynquluyev bildirib.

Qeyd edək ki, ötən gün baş vermiş məlum hadisə nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlardan birinin meyiti dənizdən tapılaraq aidiyyəti quruma verilib.

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator


22 Sent 2023
Cəmiyyət

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.

22 Sent 2023
Cəmiyyət

Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.

22 Sent 2023
Cəmiyyət

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır.

22 Sent 2023
Cəmiyyət

Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.