Xəzər dənizində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat ximətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.
Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.