Yanvarın 19-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq. Təmir müddətində Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb.
“Peyvənd vurdurduqdan sonra heç bir əlamət ortaya çıxmayan şəxslərdə peyvəndin effektivliyi nisbətən aşağı olur”.