Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilib.
Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.
Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.
Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Sonra qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə, yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması işləri aparılıb. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı da düzülüb.
Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.