Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşma layihəsinə dair müzakirə aparılıb

Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşma layihəsinə dair müzakirə aparılıb
27 2017 16:34

Xətai Rayon İcra Hakimiyyətində Yaponiyanın məşhur “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşma layihəsinin növbəti müzakirəsi olub. Bu barədə AZƏRTAC-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra hakimiyyətinin başçısı Razim Məmmədov Yaponiya səfərini xatırlayaraq deyib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və aparatın şöbə müdiri Pənah İmanov Yaponiyanın xarici işlər nazirinin müavini M.Takizava, LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü K.Tanaka, müşavirlər palatasının üzvü xanım Akiko Santo, Setaqaya şəhərinin meri N.Hosaka ilə görüşlərdə aparılan danışıqları yüksək qiymətləndirirlər. Eləcə də, Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı məlumatları nümayəndə heyətində xoş təəssürat yaradıb. O, əmin olduğunu bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da dərinləşəcək və Setaqaya şəhəri ilə qardaşlaşma layihəsi tezliklə baş tutacaq.

Saki Kosuqi bildirib ki, Azərbaycan, bu ölkənin insanları onun üçün çox doğmalaşıb və o, artıq özünü ölkəmizin sakini hesab edir. O deyib ki, Bakıya gələn kimi, ilk olaraq Xətai rayonundakı “Heydər Parkı”nda yerləşən “Yapon bağını” ziyarət edir. Şirkət rəhbəri müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevə olan xüsusi rəğbət və hörmətini vurğulayaraq bildirib ki, onların Gürcüstanın paytaxtında saldıqları “Yapon bağı” Ümummilli Liderin abidəsinin yaxınlığında yerləşir.

“Mən o parkda Heydər Əliyevin abidəsinin qarşısında təzim edərək hörmət və ehtiramımı bildirəndə ətrafdakılar təəccüblənərək nə üçün belə etdiyimi soruşanda deyirəm ki, bu dahi insanın rəhbərlik etdiyi ölkə və xalqı yaxın dostumdur”, - deyə S.Kosuqi əlavə edib. Şirkət rəhbəri bundan sonra da Yaponiya-Azərbaycan dostluq münasibətlərinin daimi olması və davamlı inkişafı, xüsusən də Xətai rayonu ilə Setaqaya şəhərinin qardaşlaşması üçün var gücü ilə çalışacağını vurğulayıb.

Sonra S.Kosuqi Xətai rayonundakı “Yapon bağı” haqqında məlumatların əksini tapdığı “Yapon bağları” haqqında kitabı icra başçısı Razim Məmmədova təqdim edib.


4 Dek 2023
Cəmiyyət

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

4 Dek 2023
Cəmiyyət

Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

4 Dek 2023
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda payız əkin mövsümü başlayandan 785 mindən artıq ağac əkilib

Azərbaycanda payız əkin mövsümü başlayandan bu günədək 785 mindən artıq ağac əkilib.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.