Xərçəngin bütün növlərinin müalicəsi üçün dərman yaradıldı

Xərçəngin bütün növlərinin müalicəsi üçün dərman yaradıldı
04 2017 08:44

Rusiyanın Elmi-Tədqiqat İnstitutunun professoru Andrey Simbirçev bəyan edib ki, rusiyalı alimlər xərçəng xəstəliyi ilə hətta ən sonuncu mərhələdə mübarizə aparacaq preparatın sınaqlarını yekunlaşdırırlar.

Oxu.Az-ın xəbərinə görə, o bu barədə “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Dərman “İstilik şokunun zülalı” adını alıb. 

“Bu molekul müxtəlif stress təsirlərə cavab olaraq insan orqanizminin hüceyrələri tərəfindən sintez olunur”, - Simbirçev izah edib. Professor qeyd edib ki, kliniki sınaqlar adətən 2-3 il aparılır: 

“Çox təəssüf ki, bundan tez olmayacaq. Xəstələr yeni dərmanı 3-4 ildən sonra alacaqlar”.

Alimin sözlərinə görə, artıq siçanlar üzərində dərmanın sınaqları keçirilib. Bir kurs müalicədən sonra gəmiricilər tam sağalıblar. Yeni preparatın əlavə təsirləri yoxdur.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.