Xalid Əhədov Bakıda mənzilləri ucuzlaşdırdı

Xalid Əhədov Bakıda mənzilləri ucuzlaşdırdı
29 Dek 2016 11:05

Azərbaycan Beynəlxalq Bankının 20 illik ipotekanı dayandırması tikinti şirkətlərini sudan məhrum edilmiş balığın vəziyyətinə salıb. “Marja”nın məlumatına görə, indi satışları kəskin düşən tikinti şirkətləri mənzil qiymətlərində endirimlər edir, kampaniyalar keçirir, 3 və 5 illik daxili kredit şərtlərini təklif edirlər.

 

Dekabrın ortasınadək bir sıra tikinti şirkətləri mənzillərin 90%-ni 20 illik ipoteka ilə satırdılar. Mənzil alıcıya ikiqat baha başa gəlsə də, aylıq ödəniş orta təbəqə üçün gücçatan məbləğdə olduğundan ipoteka götürülürdü. Bu gün isə, tikinti şirkətlərinin 3 və 5 illik daxili kredit şərtlərində aylıq ödəniş məbləği bir neçə min manata çıxır. Üstəlik, böyük məbləğdə ilkin ödəniş tələb edilir.

 

349 MANATA ENDİRİB

 

Satışları dayanma nöqtəsinə düşən bir sıra tikinti şirkətləri qiymətləri aşağı salmağa başlayıblar.  Məsələn, Beynəlxalq Bankın keçimiş tərəfdaşı olan “Cənnət Park” ( Bakı ş. Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşir) mənzilin 1 kvadrat metrinin nağd satış qiymətini  349 manata endirib. Kampaniya təmirsiz  3 otaqlı mənzillərə şamil olunur. Şirkətin tikdiyi binalarda 3 otaqlı mənzilin sahəsi 126,56 kv.m-dir. Beləliklə, “Cənnət Park”dan 3 otaqlı mənzili nağd 44170 manata almaq olar.

 

“Cənnət Park” 1 və 2 otaqlı mənzillərin 1 kv.m-ni isə 599 manatdan təklif edir. Əgər alıcı mənzilin dəyərini nağd ödəyrəsə, təmir şirkət tərəfindən hədiyyə olunur.  Mənzil təmirinin 1 kv.m-nin bazar qiymətinin 220-250 manat civarında olduğunu nəzərə alsaq,  yenə də alıcının mənzilin 1 kv.m-ni təxminən 350 manatdan aldığını deyə bilərik. “Cənnət Park”da mənzillər 3 və 5 illik daxili kreditlə də satılır.

 

BAKIXANOVDAKI KOMPLEKSLƏRDƏ DƏ QİYMƏTLƏR ENDİRİLİB

 

“Bakıxanov Rezidens Komplekslər Qrupu” da endirim təqdim edir.  Belə ki, “Bakıxanov Rezidens 2” yaşayış kompleksindən nağd mənzil alanları 9400 manatadək endirim gözləyir. 

 

 Hazırda “Bakıxanov Rezidens 2” və “Bakıxanov Rezidens 3” yaşayış komplekslərindən mənzili nağd aldıqda 1 kv. m 990 manatdan hesablanır. Bundan əvvəl, nağd satış üçün qiymət 1 kv. m üçün 1050 manat təşkil edirdi.

 

20 illik ipoteka dayandırıldığından “Bakıxanov Rezidens Komplekslər Qrupu” yeni tikintisinə başladığı “Brilliance Rezidens” yaşayış kompleksində mənzilləri ilkin ödəniş 45% olmaqla 2 illik 0% daxili kreditlə təklif edir. “Brilliance Rezidens” yaşayış kompleksində mənzili nağd aldıqda  1 kv. m 1100 manatdan hesablanır.  Şirkət dekabrın əvvəlində “Brilliance Rezidens” yaşayış kompleksində mənzili nağd aldıqda 1 kv. m-ni 1200 manatdan hesablayırdı.

 

MƏNZİL ALANA DƏHLİZ HƏDİYYƏ OLUNUR

 

Beynəlxalq Bank ipoteka kreditini  dayandırdığına görə, “Alians Development” şirkəti də, Xətai rayonu, Gəncə pr 29/30 ünvanında tikməkdə olduğu  “Panorama Park”  yaşayış kompleksində  mənzilləri satmaq üçün variantlar axtarışındadır. Hazırda şirkət mənzilləri nağd və daxili kredit ilə satır. Daxili kredit şərtinə görə, mənzili dəyərinin 50%-ni ilkin olaraq ödəmək lazımdır, qalan məbləği isə 50 ay ərzində 0% ilə ödəmək olar.

 

Şirkət satışın kəskin düşməməsi üçün “Otaq boyda hədiyyə” kampaniyasını da elan edib. Kampaniyanın şərtinə görə, Dekabrın sonunadək  “Panorama Park”dan 2, 4 və 5 otağlı mənzil alanlara dəhliz  hədiyyə olunur. Məsələn, 80.11 kv.m və ya 87.64 kv.m mənzil alana  9.44 kv.m və ya 10,29 kv.m-lik dəhliz hədiyyə olunur.

 

“Yeni Hayat” şirkətlər qrupu da tikməkdə olduğu “Grand Hayat” yaşayış kompleksindəki mənzilləri əsasən Beynəlxalq Bankın ipotekası ilə satırdı. “Grand Hayat”da mənzilin nağd şəkildə aldıqda 1 kv.m-in qiyməti 1150 AZN-dən başlayır. Beynəlxalq Bank krediti dayandırdıqdan sonra “Yeni Hayat” şirkətlər qrupu yeni satış şərtlərini elan etməyib.

 

“AS Group İnvestment” şirkəti,  “Elmlər Akademiyası” metrosu yaxınlığında, premium səviyyəli yaşayış standartlarına uyğun tikdiyi “Renessans Palace” yaşayış kompleksindəki mənzilləri satmaq üçün daxili ipotekasını işə salıb. Şirkət mənzilləri 30% ilkin ödəniş olmaqla 2 il müddətinə faizsiz daxili kreditlə satır.  "Renessans Palace"-da mənzillər təmirsiz satılır. Mənzilin 1m2-nin qiyməti 1650 AZN-dən başlayır.

 

FAİZSİZ MANAT KREDİTİ

 

Bakıda ən çox yaşayış binaları tikən “Kristal Abşeron” və “Xəzər İnşaat” şirkətləri də şərtlərində dəyişiklik ediblər. Mənzilləri əsasən tam təmirli satan bu eyni şirkətlər, “illik 0%-lə manat krediti” kampaniyasına başlayıblar. Kampaniyanın şərtlərinə görə, ilkin ödəniş 30% tələb olunur və 3 il kredit müddəti təklif olunur.  Məsələn, “Xəzər İnşaat” şirkəti “Qara Qarayev” metrosu yaxınlığında tikdiyi yaşayış kompleksində mənzilin 1 kv m-ni 1 illik kreditlə 1525 manata, 2 illik kreditlə 1600 manata, 3 illik kreditlə isə 1675 manata təklif edir. Məsələn, 3 illik  kreditlə 1 otaqlı  45 kv.m mənzilin ilkin ödənişi  22 613 AZN , aylıq ödənişi isə 1466 manat təşkil edir.

 

Qeyd edək ki, Beynəlxalq Bankın 20 illik ipotekası ilə mənzil alındıqda 1 kv.m-in dəyəri 1680 manatadan hesablanırdı. Üstəlik, alıcı krediti götürdüyünə görə Banka komisyon haqqı və illik 10% (effektiv 5.5 % ) kredit faizi ödəyirdi.

 

“Kristal Abşeron” və “Xəzər İnşaat”da mənzillərin nağd satış qiyməti isə 1 kv.m üçün 1450 manat təşkil edir. 3 illik kreditdə qiymətin nağd satış qiymətindən 225 manat baha – yəni 1675 manat təşkil etməsini haradasa başa düşmək olar. Şirkət mənzili tək şəxsiyyət vəsiqəsilə satmaqla üzərinə müəyyən risklər götürür. Gələcəkdə, alıcının aylıq ödənişləri gecikdirməsi və mənzildən imtina edərək pulunu geri istəməsi şirkəti zərər sala bilər.

 

Beynəlxalq Bankın 20 illik ipotekanı dayandırması ilə əlaqədar olaraq Bakı Ağ Şəhərdə bina tikən şirkətlər,  Xırdalan şəhəri,Bakı-Sumqayıt şosesi, 15-ci km-də “NovaCity” yaşayış kompleksini tikən “Nova Development Group”, Nizami rayonu ərazisində “Myhome-1” və “Myhome-2” layihələrini həyata “Vesta Construction” şirkəti gözləmək məcburiyyətində qalıblar.

 

20 İLLİK İPOTEKA BƏRPA EDİLMƏSƏ QİYMƏTLƏR DAHA DA DÜŞƏ BİLƏR

 

Beynəlxalq Bank 20 illik ipotekanı bərpa etməsə, bir sıra tikinti şirkətlərinin daha çətin vəziyyətə düşəcəyi, mənzillərin daha da ucuzlaşacağı gözlənilir. Çünki, mənzilləri nağd alanlar azdır. Həmçinin tikinti şirkətlərinin daxili kreditinin aylıq ödənişləri çox yüksəkdir. Daxili kreditlərə marağın az olacağı gözlənilir.  Yalnız Beynəlxalq Bankın 10%-dən də yüksək faizlə olsa belə ipotekanı bərpa etməsi satışları yenidən canlandırar.

 

Qeyd edək ki, Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub. Xalid Əhədov vəzifəsinin icrasına başlayan kimi Bankın tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipotekanı dayandırıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.