Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Nazir E.Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırıb və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycan ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı (Aİ) Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən E.Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib. Nazir V.Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. Görüş əsnasında E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.