Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, bu, sadə proses deyil. Təhlükəsizliklə, texniki məsələlərlə bağlı bir sıra suallar qalır: "Bütün təklifləri hazırlamaq, beynəlxalq təşkilatların bu prosesə hansı formada cəlb olunması məsələsini düşünmək lazımdır”.
E.Məmmədyarov əlavə edib ki, ilk növbədə, ərazilərin bərpası prosesini Azərbaycan hökuməti öz üzərinə götürəcək, ikinci mərhələdə isə bu prosesə beynəlxalq təşkilatlar cəlb oluna bilər.
Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.