Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.
Trend-in məlumatına görə, bunu ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazıb.
Müəllif bu təyinatın ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: “Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər”.
Məqalədə qeyd olunur ki, o, öz millətinin bütün dəyərlərini – tarix boyu amerikalıların da dəstəklədiyi dəyərləri təcəssüm etdirir. İlk növbədə, Mehriban Əliyeva dini dözümlülüyün fundamental dəyərlərini təmsil edir.
R.Sobhani yazır: “Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda yan-yana dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi”.
Mehriban xanımın şəxsiyyətinin ikinci cəhəti xalqın digər dəyərini əks etdirir: "Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçiriri. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi”.
Müəllif qeyd edir ki, bu səbəbdən xanım Əliyevanın ehtiyacı olanlara göstərdiyi yorulmaz xidmətlərə görə Fransanın ali medalı ilə təltif olunması təəccüb doğurmamalıdır.
R.Sobhaninin fikrincə, Mehriban Əliyevanı gözəl lider edən üçüncü amil təbiətə sevgidir. Onun üçün və bütün xalq üçün birinci dərəcəli məsələ ətraf mühitin qorunmasıdır.
Müəllif məqalənin sonunda Yaxın Şərq regionunda qadın hüquqları məsələsinə toxunub: "Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir”.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.