Vyetnamda xəstənin qarnından 18 il əvvəl unudulmuş tibb qayçısı çıxarılıb

Vyetnamda xəstənin qarnından 18 il əvvəl unudulmuş tibb qayçısı çıxarılıb
07 2017 15:21

Vyetnamda həkimlər xəstənin qarın nahiyəsindən 18 il əvvəl aparılan əməliyyat zamanı orada unularaq qalmış tibb qayçısını çıxardıblar.

"Report" "BBC News"a istinadən xəbər verir ki, yad cism yol qəzasından sonra aparılan ultrasəs müayinəsi zamanı 54 yaşlı Ma Van Nxatanın bədənində aşkar edilib.

Alətin qarından çıxarılması üzrə əməliyyat təqribən 3 saat davam edib.

On beş santimetrlik qayçını 1998-ci ildə əməliyyat aparmış həkimlər unudublar. Ma Van Nxat həmin vaxt da yol qəzasından sonra xəstəxanaya yerləşdirilib.

Bu müddət ərzində əşya pasla örtülüb və bir sıra daxili orqanlara yapışıb. Lakin, kişinin sözlərinə görə, bu illər ərzində o, xüsusi bir narahatlıq hiss etməyib. Xəstənin qarnında ağrılar bu yaxınlarda başlayıb və ağrıkəsici dərmanlar fayda verməyib.


18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat