Vitse-spiker: Sizi daha qətiyyətli addımlar atmağa çağırıram

Vitse-spiker: Sizi daha qətiyyətli addımlar atmağa çağırıram
15 2017 14:52

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclası AŞPA ilə Azərbaycan arasında gələcək inkişaf üçün mühüm töhfə olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin Bakıda keçirilən iclasında deyib.

V.Ələsgərov bildirib ki, Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Milli Məclis AŞPA ilə münasibətlərin bundan sonra hərtərəfli inkişafında maraqlıdır, lakin bu münasibətlər mütləq şəkildə qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir.

V.Ələsgərov qeyd edib ki, bu gün keçirilən iclasda vacib məsələlər müzakirə olunacaq:

“Bu gün müzakirə edilən problemlə Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşılaşıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə ölkəmizi ciddi problemlərlə qarşı-qarşıya qoyub. Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. 500 milyon əhalisi olan Avropa Suriyadan, İraqdan və digər ölkələrdən olan təqribən 2 milyon qaçqın probleminin həllində çətinlik çəkir, lakin 10 milyonluq Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. Biz şikayət etmirik, sadəcə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlarla yanaşır. Əgər bu məsələyə ədalətlə yanaşılsaydı, postsovet ölkələrində belə problemlər olmazdı. Mən sizi daha qətiyyətli addımlar atmağa çağırıram”.


25 Apr 2024
Siyasət

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR + VİDEO

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. 

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.