“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Dünya Virtual Reallıq Assosiasiyasının yaradıldığını bəyan edib.
AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, assosiasiyanın məqsədi virtual reallığın təşəkkülü və inkişafıdır. Şirkətlər aparat və proqram standartları formalaşdıracaq, ehtiyac olduqda məqsədə nail olmaq üçün hökumət və müxtəlif orqanlarda lobbiçilik edəcəklər. İndiyədək yeni assosiasiyanın bütün üzvləri bir-biri ilə rəqabət aparsalar da, hazırda onlar virtual reallıq bazarının inkişafı üçün birləşməyə hazır olduqlarını bildirirlər.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.