Vətəndaşlar daha üç elektron arayış əldə edə biləcəklər

Vətəndaşlar daha üç elektron arayış əldə edə biləcəklər
19 Dek 2016 11:33

"Elektron hökumət" portalı üzərindən artıq istifadəçilər “Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri”, “Vətəndaşın hərbi qeydiyyatda olması”, “Vətəndaşın hərbi xidmət keçməsi” barədə arayışları elektron şəkildə əldə edə bilərlər.

Portaldan AZƏRTAC-a bildirilib ki, Daxili İşlər Nazirliyinin təqdim etdiyi “Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış”ı portaldan elektron imza sertifikatı ilə (www.e-gov.az ) qeydiyyatdan keçərək əldə etmək mümkündür. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik olaraq formalaşan elektron arayışda vətəndaşın adı, soyadı və atasının adı, nəqliyyat vasitəsinin qeydiyyat nişanı, qeydiyyat tarixi, markası, buraxılış ili, rəngi, mühərrikin nömrəsi, həcmi və ban nömrəsi ilə bağlı məlumatlar əksini tapıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi “Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış”da vətəndaşın şəxsi məlumatları ilə yanaşı, hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi barədə məlumat yer alıb. Qurumun təqdim etdiyi digər “Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış”da isə vətəndaşın hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi ilə yanaşı, hərbi xidmətkeçmə haqqında məlumatı da əks olunur.

Qeyd edək ki, elektron imza ilə portaldan qeydiyyatdan keçən vətəndaş haqqında tələb olunan informasiyalar avtomatik şəkildə arayışda göstərilir. Portal üzərindən əldə edilən elektron arayışların elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.