Versalda “Müxtəlif sürətli Avropa”ya start verildi

Versalda “Müxtəlif sürətli Avropa”ya start verildi
07 2017 12:00

Berlin “Müxtəlif sürətli Avropa”nı dəstəkləyir, bu proqram çərçivəsində müxtəlif ölkələrə fərqli inkişaf və inteqrasiya tempinə riayət etmək imkanı veriləcək.  

Oxu.Az dw.com-a istinadən xəbər verir ki, bu barədə martın 6-da Almaniyanın kansleri Angela Merkel Versalda Fransa prenzidenti Fransua Olland, İspaniya hökumətinin nümayəndəsi Mariano Rahoy Brey və İtaliyanın baş naziri Paolo Centlioni ilə görüşün nəticələrində bəyan edib. 

“Bizə hamının müştərək çətinliklərin öhdəsindən gəlməyə hazır olmadığı bir şəraitdə bir sıra ölkələrin irəliləməsi üçün cürət lazımdır”, - Almaniyanın kansleri vurğulayıb. 

“Müxtəlif sürətli Avropa lazımdır, yoxsa dinamika ləngiyəcək”, - o, əminliklə söyləyib. 

Bu qəbildən yanaşmanın mümkün olduğu sahələr sırasında Olland müdafiə və vergi siyasətini göstərib. 

“Birlik eynilik demək deyil”, - o vurğulayıb. Rahoy Brey və Centlioni də bu siyasəti dəstəkləyiblər. 

Daha öncə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa İttifaqının inkişafına dair beş ssenari təklif edib. Onlardan biri “kim daha çoxuna nail olmaq istəyirsə, o daha çox şey edir” prinsipi ilə işləyən “Müxtəlif sürətli Avropanı” nəzərdə tutur. İnteqrasiya prosesləri Aİ daxilində bir qrup ölkələrdə gedəcək, bu proseslərdə iştirak etmək istəməyən ölkələr isə müstəqil hərəkət edəcək.   


4 Okt 2023
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

4 Okt 2023
Dünya

Ankarada terror törədənlərin kimliyi müəyyənləşib

Oktyabrın 1-də Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş və polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində qarşısı alınmış terroru törədən iki şəxsin kimliyi təsbit edilib.

4 Okt 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib.

4 Okt 2023
Dünya

Hindistanda 23 hərbçi daşqınların baş verdiyi ərazidə itkin düşüb - VİDEO

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində baş vermiş daşqınlar nəticəsində Hindistan ordusunun 23 əməkdaşı itkin düşüb.