“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə Vergilər Nazirliyi 5 istiqamət üzrə əsas icraçı, 9 Strateji Yol Xəritəsində 34 istiqamət üzrə isə digər icraçı qismində müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın bildirdiyinə görə, “Strateji yol xəritələri üzrə Vergilər Nazirliyinin icraçı olduğu Tədbirlər Planında büdcə-fiskal siyasətin həyata keçirilməsi və ortamüddətli xərclər çərçivəsinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafında stimullaşdırıcı vasitələrin tətbiqi əsas istiqamətlərdən sayılır.
Tədbirlər Planına, həmçinin biznesin asanlaşdırılması və beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması, səmərəli vergi sisteminin təşviq edilməsi, xarici investisiya strategiyasının həyata keçirilməsi də daxildir.
S.Musayevanın sözlərinə görə, həmin 5 əsas istiqamətin hər bir altqrupu üzrə nəzərdə tutulan konkret hədəflər də müəyyən olunub.
Məsələn, kiçik və orta sahibkarlıq (KOS) səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində vergi ilə bağlı strateji hədəflər KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması, eləcə də, sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsindən ibarətdir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin strateji hədəflərinə vergi ilə bağlı istiqamətlərə isə kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması və bazarın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi aiddir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.