Vaşinqtonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb

Vaşinqtonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
13 Dek 2016 09:58

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan səfirliyin müşaviri Məmməd Talıbov Ümummilli Liderin keçdiyi həyat yolu və Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər barədə danışıb. Bildirib ki, ən çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasına və sonrakı illərdə uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olub. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı tarixi layihələrin Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahında rolu qeyd edilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətçiliyimizin daha da möhkəmləndirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığı diqqətə çatdırılıb.

Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Vaşinqtonda yerləşən İslam Mərkəzində Ulu Öndərin ruhuna dualar oxunub.


3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib. 

3 İyun 2023
Siyasət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.