Vaşinqtonda 20 Yanvar faciəsi yad edilib

Vaşinqtonda 20 Yanvar faciəsi yad edilib
24 2017 10:49

Yanvarın 23-də Azərbaycanın ABŞ-dakı Səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab haqqında məlumat verib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğuladı.

E.Süleymanov bu faciənin baş verdiyi günləri yada salaraq həmin vaxtın özünün Moskvada tələbəçilik illərinə təsadüf etdiyini bildirmiş və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırlatdı. Bu xüsusda o, Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs etmiş, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstəyi və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu qeyd edib.

Daha sonra Azərbaycan diasporunun fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin dünyadakı bütün Azərbaycanlıları ayağa qaldırdığını, o cümlədən ABŞ-dakı Azərbaycanın diaspor nümayəndələrinin keçmiş SSRİ-nin səfirliyi qarşısında etiraz aksiyası keçirdiklərini xatırlatmış və bunu milli oyanışın və həmrəyliyin mühüm amili kimi qeyd edib.

Yekunda mərasimdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onların ruhuna ehsan verilib.


4 Okt 2023
Siyasət

Gürcüstanda güclü yağışlar selə səbəb oldu - VİDEO

Gürcüstanın Qara dəniz sahilindəki Kobuleti şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub.

4 Okt 2023
Siyasət

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi həlledici taktiki üstünlük idi”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir.

3 Okt 2023
Siyasət

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.

3 Okt 2023
Siyasət

Rəşad Nəbiyevin vətəndaş qəbulu təxirə salınıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.