Vaşinqton ştatının baş prokuroru Trampa qarşı iddia qaldıracaq

Vaşinqton ştatının baş prokuroru Trampa qarşı iddia qaldıracaq
01 2017 10:07

Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldıracaq.

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi xəbərə görə, beləliklə B. Ferqüson Trampa qarşı iddia qaldıran ilk baş prokuror olacaq.

Bundan əvvəl 16 ştatın baş prokuroru  ABŞ prezidenti Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat  yayaraq dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.


15 İyul 2025
Dünya

EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.

15 İyul 2025
Dünya

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

15 İyul 2025
Dünya

Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb

Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.

15 İyul 2025
Dünya

İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir

İsrail Müdafiə Ordusu Livanın şimal-şərqində Bekaa vadisində "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirir.

15 İyul 2025
Dünya

İraqda neft yatağında partlayış olub

İraqda neft yatağında partlayış baş verib.