Dövlət Neft Fondu (SOFAZ) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Fonddan APA - ya verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Xatırladaq ki, Neft Fondu yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan valyutanın həcmi 784,4 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında Neft Fondu 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2020-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.
2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.