Xəbər verdiyimiz kimi, bu gün gözlənilən valyuta hərracı bir qədər gec baş tutub. Bank dairələrindən əldə edilən məlumata görə, bu dəqiqələrdə başa çatan hərracda dolların məzənnəsi dəyişməyib.
Valyuta hərracının nəticəsində ABŞ valyutasının satış qiyməti 1.7742 manat olaraq qalıb.
Bununla yanaşı hərraca çıxarılan vəsaitin həcmi artırılıb. Mərkəzi Bankın banklara satdığı valyutanın həcminin artırılması dolların ucuzlaşmasına səbəb ola bilər. Bu zaman bankların dollar satışını bərpa edəcəyi gözlənilir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.