Uzun müddət telefona baxan uşaq və yeniyetmələrin gözü çəpləşir – ALİMLƏR

Uzun müddət telefona baxan uşaq və yeniyetmələrin gözü çəpləşir – ALİMLƏR
26 2019 12:12

Yaponiya alimləri elan edib ki, uzun müddət smartfona baxan uşaq və yeniyetmələrin, eləcə də gənclərin gözlərində çəpgözlük yaranır və görmənin ikiləşməsinə meyillik olur.

Realpress.az Medicina.az-a istinadla bildirir ki, bir neçə yapon tibbi təşkilatı 370 oftalmoloq arasında sorğu apararaq, çəpgözlülüklə müraciət etmiş pasiyentlərin tibbi məlumatlarını incələmişlər. Həkimlərin 60%-i bildirib ki, gənc nəsildə çəpgözlüyün əsas səbəblərindən biri də smartfon və qadjetlərdən çox istifadə etməkdir. Müalicə ərəfəsində xəstələrə smartfondan istifadə qadağan olunduqda müalicə effekt verib.

Həkimlər etiraf edib ki, 10 il əvvələ kimi çəpgözlülük çox nadir hallarda rast gəlinirdi və daha çox anadangəlmə olurdu, indi isə texnologiyanın inkişafı ilə bu diaqnoz çoxalıb.

Buna misal kimi 17 yaşlı məktəblini göstəriblər. O, 12 ay ərzində hər gün smartfonda fasiləsiz  5-7 saat vaxt keçirmişdi. Bir dəfə qız sinifdə divarda iki saat görür. Görməsində problem olduğunu anlayan qız həkimə gedir və ona görmənin ikiləşməsi diaqnozu qoyulur. Həkimlər ona smartfondan tamamilə imtinanı məsləhət görüb, gözü isə əməliyyatdan sonra düzəldi.


13 Dek 2019
Səhiyyə - Sağlamlıq

Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika

Dəyişkən hava şəraiti zamanı, çöldə hava soyuq olduqda, evlərdə, ofis və məişət yerlərində isitmə sistemləri və ya kondisionerlər qoşulur. Havanın temperaturunun dəyişkən olması, soyuqlama təhlükəsi olan insanları qalın geyinməyə, bəzilərinin özlərini "bürümələrinə" vadar edir. Bu isə müqavimətin zəifləməsinə gətirib çixardır.

12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.