Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda
13 2017 17:30

Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzun sürən prosesdir. Amma tərbiyə zamanı valideynlər sonradan düzəlməyən nəticələrə gətirən bir çox səhvlərə yol verirlər. Tərbiyə prosesini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş prinsiplər var. 


1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə var olduğu üçün sevmək lazımdır.

2. Əgər uşaq sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, “sən bacaracaqsan!”. 

3. Əgər uşaq çətinlik çəkirsə və köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın. 

4. Bu gün sizinlə birgə etdiklərini sabah təkbaşına edəcək. 

5. Tədricən üzərinizdən uşağınızın şəxsi işlərini götürüb, ona ötürün. 

6. Uşağın şəxsiyyəti və bacarıqları yalnız onun sevdiyi və məşğul olduğu istiqamətdə inkişaf edir.

7. “Uşağı vurmaq olar”, – deyə heç bir vəziyyət mövcud deyil. 

8. Uşağı yalnız ayrı-ayrı hərəkətlərinə görə danlamaq olar. Onu hisslərinə və istəklərinə görə muhakimə etmək olmaz! 

9. Gün ərzində uşağınızı bir neçə dəfə qucaqlayın. 4 dəfə qucaqlaşmaq hər kəs üçün vacibdir. Yaxşı əhval üçün isə gün ərzində 8 dəfə qucaqlaşmaq lazımdır. Və bu, yalnız uşaqlar üçün yox, böyüklər üçün də yaxşı olardı. 

10. Uşaqla birgə bir neçə məşğuliyyət, ev işi və ya adət düşünün, hansı ki, sevinc zonası yaradacaq. 

11. Ən yaxşı cəza – uşağı incitmək yox, onun istəyini yerinə yetirməməkdir.

12. Uşaqlara böyüklərə nisbətən daha çox hərəkət etmək, irəli getmək, yeniliklərlə tanış olmaq gərəkdir. Odur ki, onlara çox şeyi qadağan etmək gur axan çayın qarşısını almaq istəyinə bənzəyir. Bu isə qeyri-mümkündür. Daha yaxşı olar ki, siz ona düzgün və təhlükəsiz halda məcraya düşməsi üçün yol göstərəsiniz. 

13. Uşaqlara nizam-intizam və ədəb-ərkan nəinki lazımdır, hətta onlar bunu istəyir və gözləyirlər. Bu, onların həyatını daha aydın və təhlükəsiz edir. 

14. Sizin istiliyinizi duyması üçün uşağın tələbatlarını anlamaq lazımdır. 

15. Uşağınızda nə isə dəyişmək istəyən zamanı düşünün: bəlkə bu dəyişiklikləri ilk növbədə özünüzdə gerçəkləşdirəsiniz?!

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.