Yamaykalı yüngül atlet Useyn Bolt 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4x100 metr məsəfəyə qaçış üzrə qızıl medaldan məhrum edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında məlumat verilir.
Bildirilir ki, idmançının komanda yoldaşı Nesta Karterin qanında dopinq aşkar edilib. Yamayka yığması tam heyətlə medallardan məhrum olunub.
Qeyd edək ki, 30 yaşlı Bolt üç Olimpiadada iştirak edib - Pekin (2008), London (2012) və Rio-de-Janeyro (2016). O, bu turnirlərdə ümumilikdə doqquz qızıl medal qazanıb. Bu qərar nəticəsində idmançı bir tituldan məhrum edilərək səkkizqat Olimpiya çempionu olub.
Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.
Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası İtaliyanın Lonato şəhərində keçirilən Dünya Kubokundan sonra ov tüfəngi üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.