Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Tələbələrin 65-ci Elmi-Texniki Konfransı başa çatıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı cəmiyyətin inkişafında elmin, təhsilin rolundan danışıb. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi tələbələrin elmə marağının artırılması olub.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Yunis Qəhrəmanlı konfransın uğurla keçdiyini, ümumilikdə nəzərdə tutulmuş 240 mövzudan 195-nin dinlənildiyini diqqətə çatdırıb. Səkkiz nəfərin birinci, 16 nəfərin ikinci, 22 nəfərin üçüncü yeri tutduğu, yeddi nəfərin həvəsləndirici mükafata layiq görüldüyü bildirilib.
“Xəzər Mühəndisləri İctimai Birliyi”nin icraçı direktoru Həsən Abbasov son bir ildə ADNSU-da bir çox layihələrin həyata keçirildiyini qeyd edib.
Digər çıxış edənlər qalibləri təbrik edib, uğurlar arzulayıblar.
Qaliblər mükafatlandırılıblar.
Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.
Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.