Universiada başlayır: İtaliyada Azərbaycan bayrağı qaldırılacaq

Universiada başlayır: İtaliyada Azərbaycan bayrağı qaldırılacaq
03 2019 12:23


Bu gün İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası start götürəcək.

Realpress.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Məmmədovun rəhbərliyi altında artıq adıçəkilən şəhərdədir.

Azərbaycan millisi Universiadada olan 15 idman növündən yalnız beşində təmsil olunacaq. 18 idmançımız həmin yarışda iştirak edəcək.

Taekvondo: Ayxan Tağızadə, Əli Məmmədov, Məhəmməd Məmmədov, Fəridə Əzizova, Həşim Məhəmmədov;

Gimnastika: Marina Nekrasova, İvan Tixonov (hər ikisi idman gimnastikası), Zöhrə Ağamirova (bədii gimnastika);

Cüdo: İbrahim Əliyev, Murad Fətiyev, Hidayət Heydərov, Rüstəm Kotsoyev, Günel Həsənli;

Qılıncoynatma: Xalid Əliyev, Fərrux Səfərov, Cavanşir Ağakişiyev;

Atletika: Nazim Babayev, Zəkiyyə Həsənova.

Bu gün Bakı vaxtı ilə saat 13:00-da Neapoldakı Atletlər kəndində Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraq qaldırma mərasimi olacaq. Saat 23:00-da isə Universiadanın açılış mərasimi başlayacaq.

Qeyd edək ki, Yay Universiadası 3 iyul - 14 iyul tarixlərində keçiriləcək.


11 Dek 2019
İdman

Azərbaycanın futbol klubu Almaniyada akademiya açır

“AZE Nakhchivan-Köln SK" Futbol Klubu Avropa ilə Azərbaycan arasında futbol əlaqələrini gücləndirmək barədə qərar verib

9 Dek 2019
İdman

Həbib Nurməhəmmədovdan döyüşçü əmisi oğlu barədə - PAYLAŞIM

Həbib Nurməhəmmədovdan döyüşçü əmisi oğlu barədə - PAYLAŞIM

9 Dek 2019
İdman

Azərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTO

Azərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTO

7 Dek 2019
İdman

Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər - Qazaxıstan çöllərində

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.