Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyənin İğdır şəhərində də anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyənin İğdır şəhərində də anılıb
14 Dek 2016 15:39

Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Türkiyənin İğdır şəhərində anım mərasimi keçirilib.

Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə diplomatlar, İğdır vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrində xidmət edən ali rütbəli hərbçilər, Türkiyə və Azərbaycandan olan ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən İğdır vilayətinin valisi Əhməd Turgay, baş prokuror Sedat Turan, İğdır Polis Şöbəsinin rəisi Orxan Çevik, Jandarma komandanı Kahraman Dikmen və digər rəsmi şəxslər iştirak ediblər.

İğdır şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzən iştirakçılar Ümummilli Liderimizin ruhuna dualar oxuyublar.

Mərasimdə ulu öndər Heydər Əliyevin və dekabrın 10-da İstanbulda törədilmiş terror aktı nəticəsində həyatlarını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul Nuru Quliyev çıxışında xalqımızın böyük oğlu, ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş dünya şöhrətli siyasi xadiminin zəngin və mənalı həyat yolu barədə ətraflı məlumat verib. N.Quliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırkı inkişaf yolu Ulu Öndərimizin müəyyən etdiyi strategiya ilə həyata vəsiqə qazanıb. Xalqımızın xilaskar oğlu bütün işlərində Azərbaycanın rifahını düşündüyü kimi, Türkiyənin də işıqlı gələcəyini nəzərə alıb. Qədirbilən Azərbaycan və Türkiyə xalqları bundan sonra da ulu öndər Heydər Əliyevin adını ehtiramla yaşadacaq, tarixi missiyasını yüksək dəyərləndirəcək.


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.