Dekabrın 8-də Azərbaycanın Tacikistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Mərasim ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tanınmış rejissor A.Konçalovskinin Ulu Öndər haqqında çəkdiyi ikihissəli “Bremya vlasti” filmi nümayiş etdirilib.
Mərasimdə Tacikistanın dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, elm, mədəniyyət, təhsil ocaqlarının, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Mərasimdə səfirliyin müşaviri İbrahim Qafarov çıxış edərək müasir müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb.
Tacikistan Prezidenti Fondunun rəhbəri, keçmiş xarici işlər naziri Talbak Nazarov çıxışında ümummilli lider Heydər Əliyev haqqında xoş xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın müdrik, təcrübəli, dəmir iradəli siyasətçiyə ehtiyacı var idi. Heydər Əliyev lazım olan vaxtda Azərbaycan xalqının köməyinə çatdı. O, böyük dövlət xadimi idi. Siyasətçi və dövlət xadimi anlayışlarını fərqləndirmək lazımdır. Siyasətçidən fərqli olaraq dövlət xadimi çətin vəziyyətdə bütün məsuliyyəti öz üzərinə götürərək məsələnin çıxış yolunu tapa bilir. Belə nəticəyə gəlmək olar ki, tarixi xalq deyil, məhz belə şəxsiyyətlər yaradırlar. Azərbaycan hazırda özündə Şərq və Qərb elementlərini birləşdirən müasir, qüdrətli dövlətdir. Biz nə qədər ki, xalq qarşısında həqiqətən böyük işlər görmüş qəhrəmanlarımızı unutmayacağıq, o vaxta qədər mövcud olacağıq.
Mərasimdə Tacikistanda yaşayan həmyerlilərimiz adından C.Cəfərov çıxış edib.
Tədbir iştirakçıları səfirlikdəki Heydər Əliyev guşəsində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə, tanınmış yazıçı–publisist, deputat Elmira Axundovanın Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə tacik dilində nəşr edilmiş “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları, “Azərbaycanın milli rəhbəri” adlı məqalənin dərc edildiyi “Samak” qəzetinin 7 dekabr tarixli nömrəsi ilə tanış olublar.
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.
“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.