Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla anılıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyada fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi də ulu öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə təşkil edilib. Lektoriyanın qonağı Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov olub.
Əvvəlcə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Sonra tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov dahi şəxsiyyətin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin tarixində müstəsna rol oynayıb. Azərbaycan xalqı Ulu Öndərin adını hər zaman əziz tutur, dövlətimizin xilaskarı, qurucusu və memarı kimi tanıyır. Ümummilli lider Heydər Əliyev öz xidmətləri ilə sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük şəxsiyyətdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kurs bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.
Tədbirdə çıxış edən Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək dahi rəhbərin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və əbədiyyətə çevrilməsi, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının vəhdətinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin xalq və Vətən qarşısında ən böyük xidmətlərindəndir. Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.