Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş “Mejdunarodnıy jurnal antibiotiki i probiotiki” elmi-tibbi nəşri Ukrayna Ədliyyə Nazirliyində kütləvi informasiya vasitəsi kimi qeydiyyatdan keçib. Nəşrin təsisçisi, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzdir. Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyası və Ümumukrayna İnfeksion Nəzarət və Antimikrob Rezistentlik Assosiasiyasıdır.
Həmvətənimiz, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, antimikrob rezistentlik və infeksion nəzarət üzrə Ukrayna Milli Komitəsinin başçısı, tibb elmləri doktoru, professor Aydın Salmanov beynəlxalq jurnalın baş redaktoru seçilib.
Professor AZƏRTAC-a müsahibəsində bildirib ki, jurnal klinik və eksperimental təbabətin, o cümlədən oftalmologiya, cərrahiyyə, mikrobiologiya və farmakologiyanın müxtəlif sahələrində elmi nailiyyətləri daha geniş işıqlandırmaq, habelə dünyanın müxtəlif ölkələrindən alimlərin elmi əməkdaşlığını möhkəmləndirmək məqsədi ilə təsis edilib.
A.Salmanov deyib: “Məmnunluq hissi qeyd etmək istəyirəm ki, jurnalın hər bir nömrəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın seçilmiş əsərləri ingilis dilində təkrar dərc ediləcək. Ümidvarıq ki, jurnalın səhifələrində başqa Azərbaycan alimlərinin elmi əsərləri də layiqli yer tutacaq”.
O qeyd edib ki, beynəlxalq elmi jurnal tibbin müxtəlif sahələrini əhatə edən elmi informasiyanın mübadiləsi üçün forumdur. Nəşr dünyanın müxtəlif ölkələrinin alimləri arasında əlaqələndirici vəsilə funksiyasını yerinə yetirəcək.
Jurnal dünyanın, demək olar, bütün qitələrində yayılacaq. Hazırda ABŞ, Kanada, Braziliya, Türkiyə, MDB və Avropa ölkələri, Yaponiya və Avstraliyada oxucu auditoriyası formalaşdırılır. Jurnalın redaktorlar şurasına Azərbaycan, Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Malta, Yunanıstan, Almaniya, Sloveniya, Monteneqro, Polşa, Slovakiya, Macarıstan, İsveç, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstandan tanınmış alimlər daxildir. İngilis və rus dillərində nəşr olunacaq jurnalının redaksiyası Kiyevdə yerləşəcək.
A.Salmanov deyib: “Fürsətdən istifadə edərək, Azərbaycan Milli Elmlər Akademiyasını, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunu, Azərbaycanın ali təhsil ocaqlarını, habelə alimlərini əməkdaşlığa dəvət edirəm. Belə əməkdaşlıq başqa ölkələrin alimləri ilə elmi əlaqələrin inkişafına və möhkəmlənməsinə kömək edəcək”.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.