Futbol üzrə milli komandalar arasında keçiriləcək yeni beynəlxalq turnirin - UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnir 2019-cu il iyunun 5-9-da keçiriləcək.
Turnirin qaydalarına əsasən, meydan sahibi finala çıxmış 4 komanda arasından seçiləcək. Həmin ölkənin aralarındakı məsafəsi maksimum 150 kilometr olan və tutumu minimum 30 min nəfər olan iki stadionu olmalıdır.
İldə iki dəfə keçiriləcək və beynəlxalq yoldaşlıq görüşlərini əvəz edəcək yarışın formatı UEFA tərəfindən 2014-cü ilin dekabrında təsdiqlənib.
Azərbaycan millisinin də daxil olduğu 55 yığma komanda reytinqə əsasən dörd diviziona bölünəcək.
Turnir qitə çempionatının final mərhələsinə düşmək üçün əlavə şanslar yaradacaq.
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.