Türkmənistan gəncləri Azərbaycan Tibb Universitetinin rezidentləri olmaq istəyirlər

Türkmənistan gəncləri Azərbaycan Tibb Universitetinin rezidentləri olmaq istəyirlər
17 2017 08:43

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələri möhkəmləndirir. Demək olar ki, hər həftə müxtəlif ölkələrdən olan qonaqlar və mütəxəssislər bu universitetə gəlir, burada təhsilin səviyyəsi ilə, habelə tələbələr və rezidentlər üçün yaradılmış şəraitlə tanış olurlar.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 16-da Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri ATU-da olublar. Diplomatlarla görüşdə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, xarici tələbələrlə iş üzrə dekan İsmayıl Əfəndiyev və dekan müavini Niyazi Hacızadə iştirak ediblər.

Türkmənistanın Azərbaycandakı səfirliyinin attaşesi Atamurat Ballıbayev və səfirliyin üçüncü katibi Bahargül Berdıyeva ATU-da təhsil alan türkmənistanlı tələbələrin sayının artmasını qeyd ediblər. Səfirliyin nümayəndələri bu ali məktəbdə xarici tələbələr üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildirərək qeyd ediblər ki, burada beynəlxalq standartlara müvafiq olan müasir infrastruktur təhsili yüksək səviyyədə həyata keçirməyə imkan verir. Qonaqlar Türkmənistan vətəndaşlarının qardaş Azərbaycanda rezidenturada tibbi təhsili davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Görüşdə qeyd edilib ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə xarici tələbələrin sayına görə birinci yeri tutur. Hazırda dünyanın 26 ölkəsindən 1500-ə yaxın əcnəbi tələbə ATU-da əczaçılıq, stomatologiya və başqa tibbi ixtisaslar üzrə müxtəlif pillələrdə təhsil alır. Qeyd edilib ki, Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artır.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.