Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş KİV nümayəndələrini Suriyada çəkildiyi iddia olunan videoların yayılması zamanı diqqətli olmağa çağırıb.
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
İlin yekunlarına həsr olunan brifinqdə çıxış edən nazir müavini deyib: “Sosial KİV-lər məsuliyyətsiz nəşrlər üçün platforma deyil. Türkiyə faktiki olaraq İŞİD terror təşkilatı ilə müharibə vəziyyətindədir. Türk vətəndaşlarına müxtəlif videokadrların yayılması ilə təsir etmək vətənpərvərlik deyil.”
N.Kurtulmuş onu da qeyd edib ki, terrorçular insanlar arasında qorxunun yayılması üçün bütün çirkin yollara və vasitələrə əl atmağa hazırdır.
Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.
Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub.
Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.