İstanbulda Bosfor körfəzi altında "Avrasiya" adlandırılan ən böyük sualtı tunelin tikintisi başa çatıb. Trend-in müxbirinin verdiyi məlumata görə, tunelin təntənəli açılış mərasimi dekabrın 20-də olacaq.
Tunelin təntənəli açılış mərasimində dövlət rəsmilərinin iştirakı da gözlənilir.
Layihənin dəyəri 1,3 milyard dollar təşkil edir. Tunelin ümumi uzunluğu 5,4 kilometr, sualtı hissənin uzunluğu isə 3,34 kilometrdir. Tunelin ən dərində yerləşən hissəsi dəniz səviyyəsindən 106,4 metrdə inşa edilib.
"Avrasiya" tunelinin İstanbulun nəqliyyat yükünü xeyli azaldacağı proqnozlaşdırılır. Tunel 2 mərtəbəlidir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib.
Artıq 5 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir.
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.
“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”.
Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.