İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ofisi və təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində terrorçunun Türkiyə Daxili İşlər Nazirliyinin terrorçular siyahısında yer alan və başına 300 min lirə mükafat qoyulan Bilgehan Karpat olduğu müəyyənləşdirilib.
Təkirdağın Muradlı rayonunda olduğu müəyyən edilən terrorçunun yaxalanması üçün əməliyyat keçirilib.
Əməliyyat zamanı polisə atəş açdığı qeyd olunan terrorçu ölü olaraq ələ keçirilib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Baku TV-yə müsahibə verib.
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.