Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib

Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib
09 Okt 2019 11:45

Türkiyə ordusu Suriya ilə sərhəd bölgəsində, Fərat çayının şərqində təhlükəsiz koridor formalaşdırmaq məqsədilə “Sülh çeşməsi” adı verilən əməliyyata hazırdır.

Realpress.az İHA-ya istinadən xəbər verir ki, əməliyyata başlamaq üçün əmr gözləyən Türkiyə ordusunun vuracağı hədəflər də artıq məlumdur.
Terrorçulara məxsus sığınacaq, tunellər, koordinatlar aparılan kəşfiyyat araşdırmaları ilə müəyyənləşdirilib.

Daha öncə Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları həyata keçirən Türkiyə əsgərlərinin bölgəni çox yaxşı tanıdığı və bu səbəbdən əməliyyatın uğurlu olacağına inanılır.

Xatırladaq ki, Türkiyə 2012-ci ildən etibarən Suriya ilə sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, geridə qalan 9 ildə buna nail ola bilməyib. Uzun danışıqlardan sonra ötən həftə Donald Tramp ABŞ əsgərlərini nəzarət məntəqələrindən geri çəkməyə razılıq verib. Bundan sonra Türkiyə ordusu sərhədi keçərək əməliyyata hazırlaşmağa başlayıb.

Türkiyə Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində 35-40 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq niyyətindədir. Burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.


4 Apr 2020
Dünya

Moskvada bir gündə 14 uşaqda koronavirus tapıldı

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində 14 uşaqda koronavirus aşkarlanıb.

4 Apr 2020
Dünya

Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı

Bir çox yoluxucu xəstəliklərin, o cümlədən, koronavirusun profilaktikası üçün çoxlu maye qəbul etmək lazımdır.

4 Apr 2020
Dünya

Biznes yeni qaydalarla “oynamağa” hazırdırmı?

Bu gün dünya və ölkə iqtisadiyyatında baş verən proseslər Azərbaycanda sahibkarların, şirkətlərin, biznesin fəaliyyətinə birbaşa təsir göstərir. Əslində, iş dünyasında böhranlar normaldır - o mənada ki, hər zaman fərqli səbəblərdən çalxalanmalar olur və gələcəkdə də olacaq. Böhranların mənbələri arasında qlobal proseslər, regional siyası məsələlər, böyük və dərin texniki yeniliklər, müştəri davranışlarında və seçim mexanizmlərində kəskin dəyişiklikləri sadalamaq olar.

4 Apr 2020
Dünya

Qonşu ölkədə sakinlər bu mənzərəni ancaq pəncərədən seyr edə bilirlər - VİDEO

Bir neçə ay əvvəl Çinin Uhan şəhərində küçələrin dezinfeksiya edilməsi barədə kadrlar yayılmışdı.