Türkiyə bu il Rusiya bazarına özünün kənd təsərrüfatı məhsullarının qaytarılması haqqında məsələnin müsbət həll olunacağına ümid edir.
AZƏRTAC "ria.ru"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.
"Ölkələr arasında münasibətlər bərpa olsa da, 2015-ci ildəki vəziyyətə qayıtmaq üçün həll olunmalı bir çox məsələlər var. Bunlara Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı və gələcəkdə viza rejiminin sadələşdirilməsi daxildir. Amma ümumilikdə, normallaşma var, biz yenə də yaxşı münasibətdəyik. Düşünürəm ki, bütün bunların həlli zaman məsələsidir. Dialoqlar davam edir. Əminəm ki, 2017-ci ildə bu məsələlər həllini tapacaq", - deyə M. Şimşək qeyd edib.
Xatırladaq ki, Türkiyədən Rusiya bazarına bir sıra meyvə, tərəvəz ət xammalı və gül tədarükünə 2016-ci il yanvarın 1-dən embarqo qoyulub. Oktyabrda Rusiya hökuməti öz bazarına Türkiyənin bir sıra sitrus və çəyirdəkli bitkilərini buraxmaq barədə qərar qəbul etsə də, üzüm, alma, armud, çiyələk, pomidor məhsulları, soğan, gül kələm, brokoli, xiyar, duz və s. məhsullara qadağa qüvvədədir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.
Rusiyalı xilasedicilər türkiyəli həmkarları ilə birlikdə son 24 saat ərzində Liviyada daşqından sonra həlak olanların 80-ə yaxın cəsədini aşkarlayaraq çıxarıblar.