Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı başlayandan bu günədək Suriyanın şimalında 2085 terrorçunu zərərsizləşdirib. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.
Məlumata görə, zərərsizləşdirilən terrorçulardan 1775 nəfəri İŞİD, 310 nəfəri isə PYD mənsubu olub.
Bundan başqa, Türkiyənin müttəfiqi Azad Suriya Ordusu ölkənin şimalında 226 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.
Ümumilikdə, 1870 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.
Yunanıstan və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə oldu.
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.