Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedib
10 2017 14:24

Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri başlayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, energetika və təbii sərvətlər naziri Berat Albayraq, qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Nəbi Avcı, baş qərargah rəisi general Hulusi Akar daxildir.

Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Dövlət başçılarının iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması, regional problemlər, xüsusən Suriya məsələsi və terrorla mübarizə mövzuları ətrafında müzakirələr aparması planlaşdırılır.

Türkiyə Prezidenti sazişlərin imzalanması mərasimindən və Vladimir Putinlə birgə mətbuat konfransından sonra naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.


4 Okt 2023
Dünya

Batumiyə meteorit düşüb - ANBAAN VİDEO

Gürcüstanın Batumi şəhərinin səmasında meteoritin düşməsi müşahidə edilib.

4 Okt 2023
Dünya

Britaniyanın Baş naziri dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünya ölkələrinə müraciət edib.

4 Okt 2023
Dünya

Ankarada bina yanıb, 1 yanğınsöndürən həlak olub

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda 7 mərtəbəli binada yanğın olub.

4 Okt 2023
Dünya

Ərdoğan İspaniya səfərini təxirə saldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı partiya iclası, həmçinin İspaniyaya səfəri təxirə salınıb.

4 Okt 2023
Dünya

Əfqanıstanda terror hücumlarının 90 faizini Tacikistan vətəndaşları həyata keçirir

Əfqanıstanda intihar hücumlarını həyata keçirən şəxslərin 90 faizi Tacikistan vətəndaşlarıdır.