Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli Prezident, əziz Qardaşım. Ad günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuza və gözəl arzularınıza görə Sizə ürəkdən təşəkkür edirəm.
Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əməkdaşlığımız qardaşlıq əlaqələrimizi möhkəmləndirməkdə, ikitərəfli münasibətlərimizlə birlikdə regional rifah və sabitliyə öz töhfəsini verməkdədir. Əlaqələrimizin qarşıdakı dövrdə də bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən inanır, bunun üçün əlimdən gələn bütün səyləri göstərməyə davam edəcəyimi diqqətinizə çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edərək, dekabrın 24-nə təsadüf edən doğum gününüzü ən səmimi hisslərlə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycanın rifahı üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram".
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.
Salyan rayonunun keçmiş prokuroru Firdovsi Nemətliyə yeni vəzifə verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.