Türkiyə Azərbaycanla birgə ölkələrarası turizm turları təşkil edə bilər

Türkiyə Azərbaycanla birgə ölkələrarası turizm turları təşkil edə bilər
11 2017 10:40

Türkiyə Azərbaycanla birlikdə ölkələrarası turizm turları təşkil etməyi nəzərdə tutur.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi deyib.

Müşavirin sözlərinə görə, birgə turlar Azərbaycan və Türkiyəyə qonşu və yaxın olan ölkələrə təşkil edilə bilər. Azərbaycan və Türkiyənin birgə turizm turuna Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya əlavə edilə bilər: “Azərbaycanı mümkün olduğu qədər Türkiyədəki turizmə inteqrasiya etmək fikrimiz var. Məsələn, bu gün Orta Avropa, Avropa, Akdeniz və s. birgə turları var. Niyə Türkiyə-Azərbaycan-Gürcüstan, yaxud Türkiyə-Azərbaycanın digər ölkələrlə birlikdə turları olmasın? “

İ.Çiftçi əlavə edib ki, bütün bunlar qarşıda duran potensial istiqamətlərdir. Müşavir əlavə edib ki, hazırda birgə turların yaradılması üçün ölkələrin şirkətləri arasında danışıqlar aparılır. Onun sözlərinə görə, bu mövzü üzrə qapalı görüşlər keçirilir: “Hesab edirəm ki, belə məsələlər şirkətlər arasında aparılan danışıqlarla həll edilməlidir. Biz isə sadəcə olaraq, onlar üçün imkanlar yaradırıq”.

İ.Çiftçi bildirib ki, bu il iyun ayında Bakı-Tbilisi-Qars dəmiryolu açılacaq: “Bununla bərabər, turizm sahəsində də yeni bir sahə açılır. Hesab edirəm ki, şirkətlər bunu dəyərləndirəcək. Qatar turizmi çox gözəl turizm növüdür. Məncə, şirkətlər bu sahədə işə başlaya bilərlər”.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.