Turist Azərbaycanda yol polisinin avtomobilini sürdü - VİDEO

Turist Azərbaycanda yol polisinin avtomobilini sürdü - VİDEO
09 Okt 2019 16:02

Bakıda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol təhlükəsizliyi” mövzusunda regional seminar keçirilib.

Realpress.az 
xəbər verir ki, seminarda region ölkələrinin, UNESCAP katibliyinin, ABŞ və Yaponiya ekspertləri, o cümlədən DİN BDYPİ-nin əməkdaşları da iştirak edib.

Seminarın əsas məqsədi yollarda baş verən qəzaların səbəblərini araşdırmaq və həlli yollarının tapılmasının müzakirəsi olub.

Çıxış edənlər öz ölkələrində baş vermiş yol nəqliyyat hadisələrinin statistik göstəricilərini, daha çox baş vermə səbəblərini və həlli istiqamətində hansı işlər görüldüyünü göstərən prezentasiyalar təqdim edib və bu çıxışlar ətrafında geniş müzakirələr aparılıb.

Seminarın ikinci günündə ölkəmizə gələn nümayəndələr BDYPİ-nin təşkilatçılığı ilə Azərbaycanda DYP xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün DYP stasionar postuna aparılıb, orada YPX tərəfindən görülən işlər əyani göstərilib.

Daha sonra qonaqlar Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin yol hərəkətinin idarəetmə şöbəsində kameralar vasitəsilə baş vermiş yol nəqliyyat hadisələrinə dərhal reaksiya verilməsi və qeydə alınmış qayda pozuntularının mərkəzi informasiya sisteminə inteqrasiya olunması prosesi ilə yerində tanış olublar.

Azərbaycanda DYP-i üçün yaradılmış şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi, patrul avtomobillərində yüksək texniki avadanlıqlarla təchiz olunması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.


21 Yan 2020
Cəmiyyət

Bakıda bu marşrut da kart sisteminə keçir

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

21 Yan 2020
Cəmiyyət

Bakı polisi xəbərdarlıq etdi: “Əmin olsunlar ki, geci-tezi var!”

Bakı polisi xəbərdarlıq etdi: “Əmin olsunlar ki, geci-tezi var!”

21 Yan 2020
Cəmiyyət

Tısbağaya görə Azərbaycan vətəndaşını Türkiyəyə buraxmadılar - VİDEO

Tısbağaya görə Azərbaycan vətəndaşını Türkiyəyə buraxmadılar - VİDEO

21 Yan 2020
Cəmiyyət

Gəncədə insan alveri qurbanları üçün nəzərdə tutulan sığınacaq istifadəyə hazırdır

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəraitini yaxşılaşdırmaqla orada yerləşdirilmiş insan alveri qurbanlarının müdafiəsini gücləndirir.