ABŞ prezidenti Donald Trampın Konqresə müraciətini izləyənlərin sayı Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimatını izləyənlərin sayından 30% çox olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Nielsen” reytinq şirkətinin məlumatında deyilir.
Trampın Konqresə müraciətini çərşənbə axşamı 43 milyon tamaşaçı izləyib, keçən bazar günü “Oskar”ın təqdimetmə mərasimini isə 32,9 milyon nəfər izləyib.
Tramp, 2001-ci ildə ekran başına 39 milyon adam toplayan prezident Corc Buş-kiçiyin müraciətinin reytinqini üstələsə də, 52 milyon tamaşaçının izlədiyi Barak Obamanın birinci müraciətindən geridə qalıb.
Trampın Konqresə müraciəti bir çox Amerika prezidentlərinin müraciətlərindən fərqli olaraq, ictimaiyyət və mətbuat tərəfindən ümumilikdə müsbət qarşılanıb. Tramp öz müraciətində Amerika üçün yeni dostlar axtarmağı, müttəfiqlərə qarşı tələblərin artırlımasını, səhiyyə və miqrasiya siyasətində islahatlar aparmağı, iqtisadiyyatı dirçəltməyi və infrastrukturun inşaatına bir trilyon dollar ayırmağı vəd edib.
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.
Qazaxıstanın keçmiş paytaxtı Almatıda baş verən yanğında 13 nəfər həlak olub.