ABŞ prezidenti Donald Tramp Rusiya səfiri Sergey Kislyak ilə görüşünə görə ABŞ baş prokuroru Ceff Seşnsın ünvanına səslənən tənqidləri “cadugər ovu” adlandırıb.
REALPRESS.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi bəyanatda deyilir.
“Demokratlar həddən artıq səy göstərirlər. Bu, total cadugər ovudur!”, - Tramp bəyan edib.
Prezident Seşnsı “şərəfli insan” adlandırıb və qeyd edib ki, Senatda onun namizədliyinə baxıldığı zaman heç bir yanlış ifadə verməyib. “O, öz cavabını daha dəqiq edə bilərdi, amma bunu bilərəkdən etməyib”, - Ağ Evin rəhbəri əlavə edib.
Daha öncə, martın 2-də Tramp Ceff Seşnsə tamamən etibar etdiyini söyləmişdi. Eyni zamanda o, baş prokurorun rusiyalı səfir ilə əlaqəsindən xəbərdar olmadığın da qeyd etmişdi.
Seşnsin özü Kislyak ilə görüşünü şərh edərək Rusiya tərəfi ilə Donald Trampın seçki kampaniyasını müzakirə etməyib.
Martın 1-də “The Washington Post” qəzeti bildirib ki, o, Rusiya səfiri ilə ABŞ-da prezident seçkilərindən bir neçə ay öncə görüşüb, yanvarda isə Senatda namizədliyinə dair dinləmələr zamanı bu barədə heç bir şey deməyib.
Son bir həftə ərzində 350-yə yaxın ABŞ vətəndaşı və orada yaşamaq icazəsi olan şəxslər Vaşinqtonun təşkil etdiyi aviareyslərlə Livanı tərk edib.
İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.