ABŞ-ın prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Vaşinqtona dəvət edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Trampın inauqurasiyasından sonra liderlər arasında telefon danışığı olub.
"Prezident Donald Tramp baş nazir Netanyahunu fevral ayında Vaşinqtona səfər etməyə dəvət edib. Səfərin dəqiq tarixi yaxın günlərdə müəyyən olacaq", - İsrail baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.